Tehran ABŞ-a nota göndərib

Tehran ABŞ-a nota göndərib

Bəzi ABŞ rəsmiləri İrandakı etirazlar və iğtişaşları dəstəklədiklərini bildiriblər

 

İran ABŞ-a etiraz notası verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, ABŞ-ın İranda mənafeyini qoruyan İsveçrə səfiri bu gün İran XİN-ə çağırılıb və Amerikanın İranın daxili işlərinə müdaxiləsinə dair etiraz notası ona təqdim olunub.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo və Donald Trampın İran üzrə nümayəndəsi Brayan Huk İrandakı etirazlar və iğtişaşları dəstəklədiklərini bildiriblər.

 

ABŞ səfirliyi 1979-cu ildən İranda fəaliyyət göstərmir.

 

Müəllif: Ayna.az      21 Noyabr 2019 01:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin