Diqqətli olun, odla oynayırsınız

Diqqətli olun, odla oynayırsınız

“Uşaqlara belə sevgi göstərmək olmaz”

 

Bəzi insanlar körpə yaşlarından avtomobillərə meyilli olurlar. Onlar valideynlərinin, babalarının avtomobil sürməsini görüb, özləri də sükan arxasına keçmək istəyirlər. Təhlükəni nəzərə alan valideynlər övladlarına bunun yalnız 18 yaşdan sonra mümkün olduğunu bildirirlər.

 

Amma bəziləri “əşşi, uşağın ürəyini sındıracaq deyiləm ki... nə olacaq e”, - deyib körpə uşağı qucağında oturdub, sükanı uşağa həvalə edir və çıxırlar yola. Yolda isə ani səhv nəticəsində ağır qəza baş verir.

 

Məsələ ilə bağlı AYNA-ya danışan Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla çox ciddi mübarizə aparır: “Bu, hər kəs üçün ciddi təhlükədir. Bizim əməkdaşlar tərəfindən belə hal aşkarlananda dərhal sürücüyə ciddi cəza verilir. Qanunla uşağı qucaqda oturdub avtomobil idarə etmək ciddi pozuntusudur”.

Müəllif: Təranə Xudabaxşiyeva      24 Noyabr 2019 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
19 Sentyabr
16:50
Azərbaycanda son sutkada 2 nəfər koronavirusdan vəfat edib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin