Əsas səhifə Haqqımızda Xəbər lenti

İstanbula uçan təyyarə təcili Bakıya qayıdıb

İstanbula uçan təyyarə təcili Bakıya qayıdıb

Təyyarənin göyərtəsində 104 sərnişin olub

 

"Buta Airways"in İstanbula uçan J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.  

 

AYNA-ya "Buta Airways"dən verilən məlumata görə, buna səbəb  sərnişinlərdən birinin halının qəfil pisləşməsi olub.

 

Məlumatda qeyd olunur ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

 

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

 

Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirən təyyarənin göyərtəsində 104 sərnişin olub.

Müəllif: Ayna.az      20 Noyabr 2019 10:43
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin