"Tottenhem"də Poçettino dövrü sona çatdı

"Tottenhem"də Poçettino dövrü sona çatdı

İngiltərənin Tottenhem" klubu baş məşqçi Maurisio Poçettinonu vəzifəsindən azad edib

 

AYNA xəbər verir ki, bu barədə klubun idarə heyyəti məlumat yayıb.

 

Yeni mövsümdə 12 oyuna çıxan komandanın  cəmi 14 xal toplaması, klub rəhbərliyini argentinalı mütəxəssisin işindən narazı salıb.

 

Poçettino "Tottenhem" tarixinin ən güclü məşqçilərindən hesab olunsa da, uğursuz nəticələr onun işindən ayrılmasına səbəb olub.

 

Məşqçinin "Tottenhem"lə  ən böyük uğuru isə, komandanı keçən mövsum Çempionlar Liqasının finalına yüksəltməsidir.

 

Qeyd edək ki, komanda artıq yeni baş məşqçinin axtarışlarına da start verib.

 

Müəllif: Mərahim Nəsib      20 Noyabr 2019 03:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin