Yeni yolun çökməsi barədə rəsmi açıqlama

Yeni yolun çökməsi barədə rəsmi açıqlama

Qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib

 

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun, təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib.

 

“Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək”, - deyə qurumdan qeyd olunub.

Müəllif: Ayna.az      19 Noyabr 2019 17:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin