Qüdrətli ittifaq daxilində “üsyanlar” baş qaldırır

Qüdrətli ittifaq daxilində “üsyanlar” baş qaldırır

NATO tarixində bir neçə dəfə belə böhranlar yaşanıb

 

Son gün və son həftələrdə Avropada NATO-nun ünvanına yenidən tənqidlər yağdırıldı. Əvvəlcə Fransa Prezidenti Emmanuel Makron Alyansın "beyninin öldüyünü" bəyan etdi. Sonra almaniyalı "yaşıllar"dan Bundestaqın deputatı Yurgen Trittin onu dəstəklədi və "ittifaq bütövlüyünü itirir", - açıqlamasını verdi. Onun sözlərinə görə, “NATO üçün artıq çətin anlar gəlib yetişib və blok öz kölgəsinə çevrilib”.

 

Bəs bu parçalanmadan, xüsusən Rusiyanın Qərb ölkələri arasında fikir ayrlığı yaratmaq istəməsi fonunda, kim faydalanır? Fransa Prezidenti bunun haralara gedib çıxacağını dərk edirmi? Axı, hər hansı bir təhdidə qarşı ayrı-ayrılıqda deyil, birlikdə mübarizə aparmaq daha yaxşıdır.

 

Baş verənləri AYNA-ya şərh edən millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, NATO-nun dünyadakı mütləq hakimiyyətinin başa çatdığı göz qarşısındadır: “İqtisadiyyatının ardınca Çin sürətlə hərbi gücünü artırır. Rusiya da dünyanın güc mərkəzi kimi mövqeyini müdafiə etməyə hazırdır. Yaponiya, Vyetnam, Pakistan, İran və Türkiyə kimi regional güclər getdikcə özünə güvənini artırır. Prezident Trumpın rəhbərliyindəki ABŞ NATO üzrə müttəfiqlərinin maraqları və fikirləri ilə hesablaşmaq üçün az miqdarda istək göstərir”.

Müəllif: Rauf Orucov      19 Noyabr 2019 21:35
Siyasət bölməsinə aid digər xəbərlər
6 İyul
22:51
Köhnə hamam, köhnə tas: Biz dəyişmək istəmirik...
6 İyul
21:35
Prezident “Fairmont”dakı karantin pozulması barədə: “O biabırçı hadisə dözülməzdir”
6 İyul
19:18
COVID-19 AzTV-ni niyə “qaralayıb”?
6 İyul
17:42
Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlanıb
6 İyul
17:31
Koronavirusla mübarizə məqsədilə yeni qərar və vətəndaşlara müraciət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin