Baş Nazirdən yeni təyinat

Baş Nazirdən yeni təyinat

Nazirlər Kabinetinin Mətbuat Xidmətinə yeni rəhbər təyin olunub

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. AYNA xəbər verir ki, Baş Nazir Əli Əsədovun əmri ilə bu vəzifəyə Əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib.

 

Qeyd edək ki, İbrahim Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. 2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tuturdu.

Onu da xatırladaq ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Müəllif: Ayna.az      19 Noyabr 2019 15:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin