Azərbaycanda şəhərlərarası sərnişindaşıma üzrə monitorinqlər aparılır

Azərbaycanda şəhərlərarası sərnişindaşıma üzrə monitorinqlər aparılır

Monitorinqlər noyabrın sonuna qədər davam edəcək

 

Noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb.

 

DANX-dan AYNA-ya verilən məlumata görə, monitorinqlər Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), Paytaxt-Region və əks istiqamət eləcədə beynəlxalq istiqamətlər üzrə həyata keçirilir. 

 

Monitorinqlər noyabrın sonuna qədər davam edəcək. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti cari monitorinqlərlə paralel, ölkənin müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı sərnişinlərdən qarşılaşdığı problemlər barədə məlumat toplayacaq.

 

“Sərnişinlərin təklif və iradları +99412 567-52-58 qaynar xətti ilə qəbul olunacaq”, - deyə DANX-dan bildirilib.

 

Müəllif: Ayna.az      19 Noyabr 2019 10:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin