Azərbaycanda övladlığa götürmə prosesi elektronlaşır

Azərbaycanda övladlığa götürmə prosesi elektronlaşır

“Tezliklə bir notarius ərizəsi ilə tam elektron qaydada valideyn-namizəd kimi uçota alınmaq və beynəlxalq təcrübəni özündə birləşdirən və peşəkarlar sosial işçi komandasının müşaiəti ilə keçən övladlığagötürmə portalı vətəndaşlarımıza xidmət edəcək”

 

Bu barədə DOST agentliyinin övladlığagötürmə və validen hmayəsindən məhrum uşaqlarla iş şöbəsinin rəhbəri Cavid İmamoğlu AYNA-ya məlumat verib. Yeni elekron ünvan (adoption.mlspp.gov.az) vətəndaşların ərizələri qəbul olub, dəyərləndiriləcək.

 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemində maraqlanan şəxslər uyğun bölmə üzrə suallara cavab tapa bilərlər. Həmçinin axtarılan uyğun uşaq haqqında məlumat, övladlığa götürmə haqqında hüquqlar, proses haqqında istənilən informasiyanı elekron məlumat səhifəsində tapmaq mümkündür.

 

C. İmamoğlu onu da nəzərə çatdırıb ki, nikahda olmayan 30 yaşına qədər şəxslər də övlada sahib olmaq üçün ərizə ilə elektron müraciət edə bilər.

 

 

Müəllif: Raminə Eyvazqızı      18 Noyabr 2019 22:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin