Yol polisinin saxladığı avtomobilin sürücüsü qaçıb, sərnişin yaxalanıb

Yol polisinin saxladığı avtomobilin sürücüsü qaçıb, sərnişin yaxalanıb

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır

 

Noyabrın 16-sı saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində, Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil, konstruksiyaları dəyişdiyinə görə yol polisi tərəfindən saxlanılıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, akt tərtib edilərkən, sərnişin Y.Fətəliyev, əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk edib.

 

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq, narkotik vasitə ilə birgə Salyan RPŞ-yə təhvil verilib. Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

 

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Müəllif: Ayna.az      18 Noyabr 2019 18:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin