Azərbaycan yığmasında növbəti itki

Azərbaycan yığmasında növbəti itki

Maksim Medvedevin Slovakiyaya aparılmaması qərara alınıb

 

Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

 

AYNA-nın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ"dan dəvət almış müdafiəçi Maksim Medvedevin Slovakiyaya aparılmaması qərara alınıb. Səbəb kimi Medvedevin zədəli olması göstərilib.

 

Qeyd edək ki, Azərbaycan millisi Slovakiyaya bu gün yollanacaq. Oyun isə noyabrın 19-da Trnava şəhərində olacaq.

 

Müəllif: Ayna.az      17 Noyabr 2019 19:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin