Bakıda ağır yol qəzası: ölənlər və yaralananlar var

Bakıda ağır yol qəzası:     ölənlər və yaralananlar var

Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib

 

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

 

Bu barədə AYNA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.

 

Müəllif: Ayna.az      17 Noyabr 2019 15:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin