Bakıda sərnişin avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib

Hadisə zamanı xəsarət alan olmayıb

 

Bakıda sərnişin avtobusu qəza törədib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "8-ci kilometr bazarı"nın yaxınlığında qeydə alınıb.

 

"90-VS-438" dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan "90-XO-187" dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib.

 

Müəllif: Ayna.az      17 Noyabr 2019 14:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin