Ölümlə qalım arasında seçim - Həyatımız təhlükədədir

Ölümlə qalım arasında seçim -             Həyatımız təhlükədədir

Ekspert: “Vətəndaşlar həddindən artıq məsuliyyətsiz olublar, heç nədən qorxmurlar”

 

Havalar soyuduqca, ənənəvi problemimiz yenidən canlanır – dəm qazından boğulmalar. Hər il yazılır, deyilir, dartışır, səbəb-nəticə əlaqələri qurulur, lakin problem həllini tapmır ki, tapmır...

 

Xüsusilə, son zamanlar cəmiyyətdə iddialar var ki, mənzillərə verilən təbii qazın tərkibində hansısa qatqılar var. Yəni həmin qatqılar qazın normal yanmasına mane olur, zəhərli effekt yaradır və nəticədə boğulma hadisələri meydana gəlir.

 

AYNA yenidən məsələni gündəmə gətirmək, çıxış yolları aramaq məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov müraciət edib. Qurumun rəsmisi qatqı məsələsini birmənalı şəkildə istisna edib: “İstehsalat Birliyinin nə marağı var ki, o qazın tərkibinə nəsə qatsın? Həm də onun məsuliyyəti böyükdür.  Bunu kim iddia edir, bilmirəm, amma düzgün səslənməyən bir fikirdir. Biz heç vaxt belə bir şeyə gedə bilmərik. Ümumiyyətlə, bu, nəyə lazımdır axı?! Qazın keyfiyyətini də artırmır. Mən heç bilmirəm, söhbət hansı maddələrdən gedir”.

Müəllif: Ülviyyə Şahin      18 Noyabr 2019 16:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
27 Sentyabr
16:16
Ordumuz daha bir kəndi işğaldan azad edib - RƏSMİ
27 Sentyabr
14:53
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
27 Sentyabr
14:07
Altı kəndimiz işğaldan azad edilib – RƏSMİ
27 Sentyabr
13:30
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB
27 Sentyabr
12:28
Ali Baş Komandan: “Ordumuz düşmənin hərbi mövqelərinə zərbələr endirir”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin