Dünyanın ən kiçik planeti kəşf olunub

Dünyanın ən kiçik planeti kəşf olunub

Yeni planet Yer kerəsindən 35 milyon işıq ili uzaqlıqda yerləşir

 

ABŞ Kosmik Tədqiqatlar Agentliyi (NASA) dünyadan 35 milyon işıq ili uzaqlıqda olan ən kiçik planeti kəşf edib.AYNA xəbər verir ki, L 98-59B adlandırılan yeni planetin kəşfi ilə bağlı “The Astronomical Journal” nəşrində məqalə dərc olunub.

 

NASA-nın araşdırma peyki TESS tərəfindən müşahidə edilən planetin Yerdən kiçik, Marsdan isə böyük kütləyə sahib olduğu deyilir.

 

Planet, dünyadan 35 milyon işıq ili uzaqlıqdakı L 98-59 qalaktikasının yanında yerləşdiyi üçün L 98-59B adlandırılıb.

 

Qeyd edək ki, indiyədək günəş sisteminin xaricində kəşf edilən ən kiçik planet Kepler Kosmik teleskopu ilə müşahidə edilmiş Kepler -37-b  planeti olub.

Müəllif: Ayna.az      29 İyun 2019 23:39
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin