Ağsuda ağac kəsən şəxs cəzalandırıldı - FOTO

Ağsuda ağac kəsən şəxs cəzalandırıldı -       FOTO

Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib

 

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Bu barədə AYNA-ya ETSN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu "Yaşıllaşdırma və Abadlaşdırma" MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

 

Faktla bağlı akt tərtib edilib.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu Şəhər Prokurorluğuna göndərilib.

 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      16 Noyabr 2019 14:38
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin