Göygöldə yol qəzası: ölən və yaralananlar var

Göygöldə yol qəzası:     ölən və yaralananlar var

Yaralılar xəstəxanaya yerləşdirilib

 

Göygöl rayonunda yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb. 

 

Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Elnur Fazil oğlu Qocayev və daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      15 Noyabr 2019 20:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin