Azərbaycan Uşaq Fondu uşaqları yol hərəkəti qaydaları barədə maarifləndirib

Azərbaycan Uşaq Fondu uşaqları yol hərəkəti qaydaları barədə maarifləndirib

Yol hərəkəti qaydalarına riayət olunması vacibdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlərin yekun tədbirini noyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində keçirib.

 

AYNA xəbər verir ki, tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə tədbir iştirakçılarına keçirilmiş tədbirlərin qısa rolikini təqdim edərək bildirib ki, uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir.

 

Layihə təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən qoruya bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində müvafiq hökumət, qeyri-hökumət və digər qurumları bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək məsələni ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulub.

Layihənin məqsədi uşaqlar arasında  yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin kütləviləşdirilməsinə nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir.

 

Tədbirdə çıxış edən  Bakı şəhəri BPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova bildirib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır.

 

Tədbirdə iştirak edən, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov Uşaq Fondunun təşkilatçılığı ilə çəkilən “Yeddi Qapı” sənədli filmindən bəhs edib.

Tədbirdə çıxış edən şair-publisist Firdovsi Cəfərxan və “Azərbaycanın səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb.

 

Sonda Azərbaycan Uşaq Fondunun idarə heyyətinin sədri Aqil Məhərrəmov tədbir iştirakçılarına tədbirdə iştirak etdikləri üçün təşəkkür edib.

Müəllif: Ayna.az      15 Noyabr 2019 17:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin