Yardımlıda yanğın olub

Yardımlıda yanğın olub

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub

 

Yardımlı rayonunun Dağ Üzü kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.

 

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      15 Noyabr 2019 14:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin