Tikinti sektorunda geriləmə müşahidə edilir

Tikinti sektorunda geriləmə müşahidə edilir

Yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub

 

2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

İqtisadiyyatın qeyri-neft və qeyi-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb. Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.

 

İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artmış, tikintidə isə 6,2 faiz azalıb.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Müəllif: Ayna.az      15 Noyabr 2019 14:01
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin