Səhiyyə Nazirliyi: 11 nəfər tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb

Səhiyyə Nazirliyi: 11 nəfər tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb

Xəstələrə lazımi tibbi yardım göstərilib və onlar ambulator müalicəyə buraxılıblar

 

Xətai rayonu Neapol küçəsi 29/42 m. 79-dan Təcili Tibbi Yardım Xidmətinə məlumat daxil olub. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerində binanın mansardı yanıb.

 

Təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

 

Beşi uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

 

Qeyd edək ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətt”inə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      15 Noyabr 2019 10:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin