Almaniya Dünya müharibəsi zamanı oğurlanmış rəsm əsərini geri qaytarır

Almaniya Dünya müharibəsi zamanı oğurlanmış rəsm əsərini geri qaytarır

200 il əvvəl II Leapold tərəfindən alınan rəsm əsəri alman əsgərləri tərəfindən oğurlananraq uzun illər gizli saxlanılıb

 

Almaniya II Dünya müharibəsi zamanı oğurlanan rəsm əsərini İtaliyaya geri qaytaracaq. AYNA xəbər verir ki, bu barədə Almaniyanın Xaici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda əsərin tezliklə Almaniya Xarici İşlər Naziri Hayko Maas tərəfindən İtaliyalı həmkarı Enço Moavero Milaneziyə təqdim ediləcəyi bildirilib.

 

Qeyd edək ki, Hollandiyalı rəssam Yan Van Heysumun çəkdiyi  "Güllərlə dolu vaza" əsəri 200 il əvvəl Toskana hersoqu II Leapold tərəfindən satın alınaraq  Florensiyanın məşhur Pitti sarayında saxlanılıb. Lakin 1940-cı ildə alman əsgərləri tərəfindən oğurlanan əsərin taleyi haqqında uzun müddət heç bir məlumat olmayıb. Sonradan onun Almaniyada olduğu müəyyənləşib. Hazırda Pitti sarayında əsərin oğurlanmamışdan əvvəl asıldığı yerdən üzərinə "oğurlanıb" sözləri yazılan ağ-qara  tablo yer alır.

Müəllif: Ayna.az      29 İyun 2019 20:59
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin