“Sabitliyin təminatçısı Azərbaycan xalqıdır”

“Sabitliyin təminatçısı Azərbaycan xalqıdır”

İlham Əliyev: “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir”

 

“Dünya dini liderlərinin ikinci Zirvə görüşündə iştirak edən bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır”.

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı səsləndirib. O bildirib ki, Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir: “Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir”.

Müəllif: Ayna.az      14 Noyabr 2019 18:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
19 Sentyabr
16:50
Azərbaycanda son sutkada 2 nəfər koronavirusdan vəfat edib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin