Putin Yaponiyaya öz fincanı ilə gedib

Putin Yaponiyaya öz fincanı ilə gedib

Ekspert bunu Putinin zəhərlənmək qorxusu ilə əlaqəli olduğunu iddia edir

 

Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G-20) sammitində iştirak edən Rusiya dövlət başçısı Vladimir Putinin şəxsi stəkanını yanından ayırmaması böyük maraqa səbəb olub.

 

 

Ekspert Aleks Kokçarov şəxsi “twitter” səhifəsində bununla bağlı maraqlı fikir irəli sürüb. Kokçarov sammitə qatılan digər ölkə rəhbərlərinin Yaponiyanın təqdim etdiyi şüşə stəkanlardan istifadə etdiyi halda, Putinin yalnız şəxsi fincanında içki içməsini zəhərlənmək qorxusu ilə əlaqəli olduğunu iddia edib. Çox sayda sosial media istifadəçisi də bu hadisəyə rəy bildirib.

 

 

Rusiya Prezidentinin mətbuat müşaviri Dmitri Peskov rezonans doğuran məsələylə bağlı -“Putin çay içməyi çox sevir. Ona görə də termosunu heç vaxt yanından ayırmır”-açıqlamasını verib.

 

Müəllif: Ayna.az      29 İyun 2019 19:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin