Şimal gömrüyündə qanunsuz fakt

Şimal gömrüyündə qanunsuz fakt

Əl çantasında külli miqdarda kalium permanqanat aşkarlanıb

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl çantasının içərisində geyim əşyalarının arasından gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 6 kq olan kalium permanqanat, 330 ədəd üzərində "kalium permanqanat" yazılan təlimat kitabçası və 626 ədəd etiket aşkarlanıb.

 

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Noyabr 2019 14:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin