Astarada qara çanta aşkarlanıb, sərhədçilər hərəkətə keçib

Astarada qara çanta aşkarlanıb, sərhədçilər hərəkətə keçib

Çantanın içindən 25 kiloqrama yaxın narkotik vasitələr tapılıb

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, 10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.

 

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı, 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

 

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      14 Noyabr 2019 11:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin