“Gəldim, gördüm, fəth etdim” - İbrahimoviç ABŞ klubundan ayrıldı

“Gəldim, gördüm, fəth etdim” -     İbrahimoviç ABŞ klubundan ayrıldı

"İndi isə beysbol izləməyə davam edin"

 

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”dən ayrılıb.

 

AYNA xəbər verir ki, bu barədə məlumatı 38 yaşlı forvardın özü sosial şəbəkə hesabında yayıb.

 

"Gəldim, gördüm, fəth etdim. "Los-Anceles Qalaksi"yə məni yenidən canlı varlıq olduğumu hissi etdirdiyi üçün təşəkkür edirəm. İndi isə beysbol izləməyə davam edin", - deyə İbrahimoviç qeyd edib.

 

Qeyd edək ki, Zlatan 2010-2012-ci illərdə "Milan"da çıxış edib. O, 2018-ci ildə "Mançester Yunayted"dən "Los-Anceles Qalaksi"yə keçib. İbrahimoviç MLS klubunda 58 oyuna 53 qol vurub.

 

Müəllif: Ayna.az      14 Noyabr 2019 06:46
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin