Büdcə dəyişikliklərinin mahiyyəti bəlli oldu

Büdcə dəyişikliklərinin mahiyyəti bəlli oldu

Dövlət büdcəsi xərclərində inflyasiya da nəzərə alınacaq

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmanda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişikliklər edilsin.

 

Yeni qaydaları AYNA-ya şərh iqtisadçı-ekspert Rövşən Agayevin sözlərinə görə, ötən il büdcə qanunvericiliyinə dəyişiklik oldu və nəzərdə tutuldu ki, icmal büdcənin xərcləri əvvəlki ilə nisbətən 3%-dən çox arta bilməz: “O zaman qəbul edilən qayda bu idi ki, büdcə xərclərinin artımı nominal olaraq 3% bilər. Amma indi yeni dəyişikliyə görə, 3%-in üzərinə inflyasiya göstəricisi də əlavə olunacaq. Yəni bundan sonra xərc artımı nominal göstərici əsasında deyil, real göstərici əsasında baş verəcək”.

“Məsələn, əgər hökumət gələn il üçün 4.6% inflyasiya proqnozlaşdırırsa, büdcə 3%+4.6%, başqa sözlə, 7.6% arta biləcək. Amma indiyədək qüvvədə olan versiyada maksimum 3% arta bilərdi”, - Ağayev bildirib.

 

Ekspert, ümumiyyətlə büdcə qaydasının xərclər üzərindən limitləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: “Bununla bağlı ötən il bir tədqiqatım vardı. Fikrimcə, büdcənin xərcləri deyil, neft gəlirləri limitləşdirilməlidir”.

 

“Mənim yanaşmam odur ki, hökumət büdcədə neft gəlirlərinin payına maksimum 30% limit qoymalıdır. Əgər bu qayda işləsə, xərcləri limitləşdirməyə ehtiyac qalmaz”, - deyə R.Ağayev vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı      13 Noyabr 2019 20:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin