Əsas səhifə Haqqımızda Xəbər lenti

“Taliban”la razılıq əldə olunub

“Taliban”la razılıq əldə olunub

Amerika və Avstraliyadan olan professorlar sərbəst buraxılacaq

 

Əfqanıstan hökuməti “Taliban” hərəkatı ilə razılıq əldə edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Kabil “Taliban” tərəfindən qaçırılan Amerika və Avstraliya professorlarının sərbəst buraxılması qarşılığında, hərəkatın 3 yetkilisini azad edəcək.

 

"Beynəlxalq tərəfdaşlarımızın köməyi ilə, Əfqanıstan hökumətinin nəzarətində olan Baqram həbsxanasında cəza çəkən 3 “Taliban” məhbusunu şərti olaraq azad etmək qərarına gəlmişik", - deyə Əfqanıstan Prezidenti bildirib.

 

O, əlavə edib ki, professorların sərbəst qalması üçün “Taliban”la hökumət arasında danışıqlar uzun müddətdir davam edir.

 

Qeyd edək ki, “Taliban” bununla bağlı Qətərin paytaxtı Doha şəhərində ABŞ-la bir sıra danışıqlar da aparmışdı.

Müəllif: Ayna.az      12 Noyabr 2019 20:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin