Moskvanın Bakı ilə hesablaşması üçün bircə yol var

Moskvanın Bakı ilə hesablaşması üçün bircə yol var

Rusiyanın Azərbaycan hakimiyyətinə təsir imkanları minimum olmalıdır

 

Sergey Lavrovun Ermənistanda dedikləri, etdikləri sosial şəbəklərdə qəzəblə müzakirə olunur. Təəccüblü nəsə yoxdur. Öz ampulalarında, öz mövqelərindədirlər.

 

Təəccüblü bizim xeyrimizə, ermənilərin əleyhinə nəsə danışsa, nəsə etsə, olardı. Uşaq da bilir ki, Rusiyanın hərbi gücünün qarşısında bizim kimi 10 ölkə olsa belə, dayanası deyil.

 

Rusiyanın Azərbaycanla hesablaşmasının bircə resepti var: qarşısında çox güclü, iradəli, hətta torpağının hamısına qoşun yeritsə belə, iradəsini sındıra bilməyəcək toplum görməlidir.

 

Qarşısında özündən daha təhsilli, elmə özündən daha həvəsli xalq görməlidir.

 

Qarşısında demokratiya, sivil dəyərlər uğrunda mübarizə aparan toplum görməlidir.

 

Bir də onu görməlidir ki, bizimlə güc dilində danışdıqca, Azərbaycanı Qərbə uduzmaq təhlükəsi son dərəcə realdır, hər an baş verə bilər.

 

Ən əsası, Azərbaycan hakimiyyətinə təsir imkanı minimum olmalıdır. Hakimiyyət xalqdan zəif olmalıdır ki, Rusiya hakmiyyətlə deyil, xalqla masa arxasında oturmaq məcburiyyəti hiss eləsin. Nə qədər ki, masa arxasında xalqın deyil, hakimiyyətin nəfəsini duyacaq, Lavrov gedib Ermənistanda istədiyi saymazyana bəyanatı verəcək...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      12 Noyabr 2019 12:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin