“Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir”

“Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir”

Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də oktyabrın 28-də Nizami rayonu, Y.Kovalyov adına 229 saylı orta məktəbdə reallaşıb.

Uşaqların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə çıxış edərək bildirdi ki, uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir: “Layihə, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən necə qoruna bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində müvafiq hökumət, qeyri-hökumət və digər qurumları bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək məsələni ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulur. Layihənin məqsədi uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin kütləviləşdirilməsinə nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir”.

 

Çıxış edən Azərbaycan Respublikası Uşaq Fondunun idarə heyyətinin sədri Aqil Məhərrəmov, Nizami rayon polis idarəsinin polis Veteranlarının sədr müavini Firdovsi Bayramov, Nizami rayon azyaşlılar bölməsinin rəisi Natiq üsubov layihənin əhəmiyyətindən bəhs ediblər.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 19:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin