Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Zelenski ilə telefon söhbətinin stenoqramını yayacaq

Tramp Zelenski ilə telefon söhbətinin stenoqramını yayacaq

'Ukrayna prezidenti ilə ən əhəmiyyətli telefon söhbətinin mətnini elan edəcəyəm"

 

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk telefon söhbətinin stenoqramını yayacaq.

 

AYNA xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

 

ABŞ lideri qeyd edib ki, bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə "birinci və ən əhəmiyyətli" aprel telefon söhbətinin stenoqramını dərc edəcək.

 

"Tarixdə ən şəffaf prezident kimi qalmaqda davam etmək üçün, mən bu həftə birinci stenoqramı, deməli, Ukrayna prezidenti ilə ən əhəmiyyətli telefon söhbətinin mətnini elan edəcəyəm", - deyə Tramp yazıb.

 

Qeyd edilir ki, söhbət aprel ayında baş tutmuş telefon danışığından gedir. Həmin vaxt ABŞ lideri Ukraynada keçirilmiş prezident seçkilərində qələbə münasibətilə Vladimir Zelenskini təbrik edib.

 

Müəllif: Ayna.az      12 Noyabr 2019 08:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin