Uşaqlar gördüyü zorakılığı rəsmlərinə köçürmüşdülər - Valideynlər, etməyin!

Uşaqlar gördüyü zorakılığı rəsmlərinə köçürmüşdülər -   Valideynlər, etməyin!
Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyi cari ildə  günərzi mərkəzlərin təşkil olunması üçün QHT-lərə dəstək verib.
 
Layihə formatında olan belə mərkəzlərdən biri də “Təmiz Dünya” Qadınlara Yardım  İB tərəfindən icra olunur. İB rəhbəri Mehriban Zeynalovanın AYNA-ya verdiyi məlumata görə,  layihə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”ni əhatə edir.
 
Ekspertin sözlərinə görə, layihənin icrasına bu ilin sentyabrından başlanılıb. Ötən  müddətdə 31 uşaq “Günərzi” Mərkəzinə cəlb edilib. Mərkəzə cəlb edilən uşaqların hamısı dərhal tibbi müayinədən keçirilib.
 
İlkin psixoloji diqanostikadan keçdikdən sonra psixoloji travması müəyyən edilən uşaqlarla dərinləşmiş psixoloji reabilitasiya proqramı müəyyən edilib.
 
Mərkəzə cəlb edilmiş uşaqların 26-sı təhsil alır və onların təhsil proqramları ilə pedaqoqlar  məşğul olur. Uşaqların hər biri təhsil ləvazimatları, eləcə də məktəb geyimi, digər ehtiyaca uygun geyimlər və gigeyinik ləvazimatlarla təmin edilib.
 
5 uşağın sənədlərinin bərpasına dair məhkəmə və icra strukturlarına müvafiq müraciət olunub. 17 uşağın valideynləri ilə ayrıca görüşlər keçirilib, onlara hüquqi, psixoloji yardım göstərilib.
 
Layihənin effektivliyi və təbliği məqsədi ilə Binəqədi ərazisində çətin vəziyyətdə olan ailələrin evlərinə səfər edilib, layihə ilə bağlı hüquqi məlumatlar verilib, sosial xidmətlərə əlçatanlığı mümkün etmək üçün onlara hərtərəfli məlumatlandırma işi aparılıb. “Qapı-qapı” aksiyası zamanı  15 ailədə görüş keçirilib və tədbirlər davamlı olacaq. Bu ayın fəaliyyətləri içərsində əlavə olaraq, “Uşaq hüquqları” mövzusunda uşaqlar üçün təlimlər, Bayraq gününə hazırlıq və bayraq müsabiqəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi “Şiddətin rəngi rəsmlərdə” adlı müsabiqə bu uşaqlar üçün də əlavə olaraq təşkil olunub. 
 
Mehriban Zeynalova vurğulayıb ki, mərkəzə daxil olan  bəzi uşaqlarda ailəaxili zorakılığın elementləri, valideynlər arasında münaqişələrin izləri aşkarlarıb: “Təəssüf ki, bu da uşaqların təsilinə ciddi təsirlərini edib. Ən təsirli məqamları biz rəsm yarışında görüdük. Uşaqlar gördüklərini, zorakılığa şahid olduqları məqamları çəkdikləri şəkillərdə təsvir etmişdilər. Bu səbəbdən belə uşaqlarla, valideynlərlə ciddi işləmək vacibdir. Çünki uşaq hüquqları ilə bağlı məlumatsızlıq hökm sürür".
 
Müəllif: Raminə Eyvazqızı      11 Noyabr 2019 23:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin