Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinlə Merkel arasında telefon danışığı olub

Putinlə Merkel arasında telefon danışığı olub

Tərəflər Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

 

TASS agentliyi isə Kremlin mətbuat xidmətinə istinadən bildirib ki, Putin və Merkel Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranziti şərtləri haqqında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.

 

Müəllif: Ayna.az      11 Noyabr 2019 21:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin