Əsas səhifə Haqqımızda Xəbər lenti

Bölgədə yeni hərbi əməliyyat hazırlıqları gedir

Bölgədə yeni hərbi əməliyyat hazırlıqları gedir

“Türkiyə sərhədə hərbi qüvvələr yerləşdirmək üçün Əsəd rejimi və Rusiya ilə müzakirələr aparır”

 

Suriyanın şimal-şərqində fəaliyyət göstərən və YPG terrorçularına bağlı olan Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan bölgələrə hərbi qüvvələr yerləşdiriləcək. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Türkiyə həmin bölgələrdə əməliyyat keçirməyə hazırlaşır.

 

SDQ-nin Badran Jia Kurd adlı rəsmisi bildirib ki, Türkiyə sərhədə hərbi qüvvələr yerləşdirmək üçün Əsəd rejimi və Rusiya ilə müzakirələr aparır: “Əsəd rejiminin və Rusiyanın bölgədə yerləşməsi və neft ixracına rəhbərlik etməsi baxımından əhəmiyyətli işlər görmüşük. SDQ 30 kilometr dərinliyə geri çəkilib. Lakin Rusiya ilə Türkiyə bu işdə bərabər hərəkət edir”.

 

Qruplaşma rəsmisi onu da əlavə edib ki, SDQ ilə rejim arasındakı hərbi sazişin necə tamamlanacağına dair müzakirələr davam edir: “Soçi anlaşmasına əsasən, Moskva ilə aramızda olan sazişi tamamlamaq üçün səy göstəririk. Ancaq problemlər hələ də davam edir”.

Müəllif: Ayna.az      11 Noyabr 2019 17:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin