“Türkiyə Azərbaycanı bir dəfə xilas edib, ikincisini istəyə bilmərik”

“Türkiyə Azərbaycanı bir dəfə xilas edib, ikincisini istəyə bilmərik”

Elxan Şahinoğlu: “Danışıqlar prosesində Ankaranın fəallaşmasına nail ola bilərik, bir şərtlə ki, Moskva buna şərait yaratsın”

 

Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, Selçuk Çolakoğlu Azərbaycan mətbuatına verdiyi müsahibədə bildirib ki, Türkiyə, Suriyadakı böhran həll olunduqdan sonra digər münaqişələrlə, o cümlədən Qarabağ məsələsi ilə yaxından maraqlanmağa başlayacaq.

 

Ankara Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi dəstək verə bilər? Ümumiyyətlə, Türkiyə Qarabağ məsələsinin həllində nə qədər maraqlıdır?

 

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Qarabağ məsələsinə hər zaman diqqət göstərib: “Türkiyənin bu məsələdə imkanları azdır. Çünki Türkiyə Minsk Qrupunun həmsədr ölkələrindən deyil. Buna baxmayaraq Türkiyə həmişə fəallıq edib. Azərbaycan da istəyirdi ki, Türkiyə Minsk Qrupunun həmsədr ölkələrindən biri olsun. Amma Ermənistan və Minsk Qrupunun digər həmsədr ölkələri buna qarşı çıxdı. Çünki Türkiyənin Cənubi Qafqazda fəallığı və Qarabağ münaqişəsinin həlli bu ölkələrə sərf etmir”.