“Qalatasaray” azarkeşlərinin diqqətinə!

“Qalatasaray” azarkeşlərinin diqqətinə!

Bu gün komandanın rəhbərliyi ilə bağlı konkret qərar veriləcək

 

“Qalatasaray” futbol klubunun İdarə Heyəti bu gün Türkiyə saatı ilə 15.00-da (Bakı vaxtı ilə 16.00), “Türk Telekom” stadionunda klubun prezident seçkilərini müzakirə edəcək. AYNA xəbər verir ki, yığıncaqda “Qalatasaray”ın hazırkı prezidenti Mustafa Çingiz də iştirak edəcək.

 

Seçki ilə bağlı təşkil olunan yığıncağa prezident Mustafa Çingizlə yanaşı, 2-ci prezident Abdurrahim Albayraq və vitse-prezident Yusuf Günayın da qatılacağı ehtimal olunur. Görüşə qatılacaq şəxslər komandanın rəhbərliyi ilə bağlı konkret bir qərar verəcəklər.

 

Prezident Mustafa Çingiz və Albayrağın hədəfində erkən seçki mövzusu olmasına baxmayaraq, klubun İdarə Heyətinin qərarı ilə Çingizin yenidən prezident olması əsas hədəflərdən hesab olunur.

Müəllif: Ayna.az      11 Noyabr 2019 14:09
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin