Gəncə hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb

Gəncə hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Gəncədə baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyyəsindən bıçaqla xəsarət alması nəticəsində, müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Müəllif: Ayna.az      11 Noyabr 2019 13:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin