Bakıda Xose Bernardonu bıçaqlayan şəxs tutulub

Bakıda Xose Bernardonu bıçaqlayan şəxs tutulub

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə cinayət işi açılıb

 

Ötən gecə Bakının Pirallahı rayonunda baş verən insident nəticəsində, teleaparıcı, 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç bıçaqlanıb. AYNA xəbər verir ki, yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyəti orta ağır olub. Xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub. O, daha sonra ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

 

APA-nın əldə etdiyi məlumata görə, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

 

Hadisəni törədən şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az      11 Noyabr 2019 11:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin