"Keşlə" "Neftçi"ni məğlub etdi

"Keşlə" "Neftçi"ni məğlub etdi

Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. AYNA-nın "Report"a istinadən məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.

 

Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb.

 

73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.

 

Müəllif: Ayna.az      9 Noyabr 2019 21:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin