"Kreml özü üçün Ermənistana quru yol açmaq istəyir"

"Kreml özü üçün Ermənistana quru yol açmaq istəyir"

İqtisadçı-ekspert Natiq Cəfərli Gürcüstan hadisələrini şərh edib

 

"Gürcüstanda baş verənləri az da olsa yerində araşdıran insan kimi gəldiyim qənaət belədir ki, Rusiya çox incə təxribat təşkil etməklə Gürcüstana sanksiyalar qoymaq istəyirdi, buna da qismən nail oldu".

 

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli öz "Facebook" səhifəsində paylaşıb. Ekspert ABŞ-İran və ABŞ-Türkiyə qarşıdurmasının artması fonunda Kremlin Ermənistanda hərbi kontingentini gücləndirmək istədiyini yazıb. Bunun üçün hava yolu ilə silah-sursat daşımaq, təhcizatı tam təmin etmək çətin və baha olduğundan Gürcüstandan yerüstü marşrut almaq istədiyini qeyd edib.

 

"Rusiya Gürcüstandan rahat keçməklə Ermənistandakı qoşunlarının təminatını saxlamaq istəyir - İvanaşvili komandası isə buna razılıq verməkdən qorxur. Çünki həm xalq buna çox kəskin reaksiya verəcək, həm də Azərbaycanla əlaqələr korlanacaq, hətta İran və Türkiyənin də əlavə sualları yaranacaq. Buna görə də razılıq yoxdur, indi Kreml iqtisadi sanksiyalarla, turizmlə, şərab ixracına qadağalarla Gürcüstanı yola gətirmək, özü üçün Ermənistana quru yol açmaq istəyir. Belə, analiz etdiyim məsələni sizlərlə bölüşmək istədim" - deyə Cəfərli bildirib.

 

Müəllif: Ayna.az      29 İyun 2019 12:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin