İraqda ABŞ hərbi bazasına 17 raket atıldı - Əməliyyat başladı

İraqda ABŞ hərbi bazasına 17 raket atıldı -     Əməliyyat başladı

İnsident zamanı xəsarət alan olmayıb

 

İraqın şimalındakı hərbi bazanın yaxınlığında azı 17 mərmi partlayıb.

 

AYNA xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi İraq Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

 

İnsident zamanı xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Mərmilər Amerika qoşunlarının yerləşdiyi Əl-Qayar şəhərindəki İraq bazasının yaxınlığına düşüb.

 

Mərmilərin atılması ilə bağlı məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

 

Müəllif: Ayna.az      9 Noyabr 2019 11:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin