“Su pəriləri” görənləri heyran etdilər – FOTO

“Su pəriləri” görənləri heyran etdilər –     FOTO

Proqramdan sonra müştərilər “su pəriləri” ilə birgə hovuzda üzmək imkanı qazanıblar

 

Antalyada su pərisi geyimli qadınlar turistlərin böyük marağına səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Antalya şəhərinin Kəmər bölgəsində yerləşən məşhur istirahət məkəzindəki nəhəng akvariumda nümayiş etdirilən delfin şouları ləğv edilib. Heyvan haqları məsələsinə diqqət çəkmək istəyən hotel rəhbərliyi, onun əvəzinə su pərisi geyimli qadınlardan ibarət yeni şou tərtib edib.

Heyvan haqları müdafiəçiləri və yerli əhalinin birgə təşəbbüsünə laqeyd qalmayan hotel rəhbərliyi, qonaqların asudə vaxt keçirməyi üçün su pərisi geyimli 11 qadından ibarət qrup hazırlayıb. Həmin qadınlar 5 metr dərinlikdə nümayiş etdirilən şou proqram nümayiş etdiriblər.

Proqramdan sonra, ürəyi istəyən müştərilər “su pəriləri” ilə birgə hovuzda üzmək imkanı əldə ediblər.

Müəllif: Ayna.az      28 İyun 2019 23:56
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin