Şok effekti yaradan videogörüntü barədə rəsmi açıqlama: DİN araşdırmalara başlayıb

Şok effekti yaradan videogörüntü barədə rəsmi açıqlama:     DİN araşdırmalara başlayıb

Adıgözəl Adıgözəlov: “Əməkdaşlarımız videonu çəkən, çəkiliş vaxtı danışan insanların da kimliklərini araşdırırlar”

 

Bu gün sosial şəbəkədə “Boğazı kəsilmiş qız” başlığı altında tükürpədici video yayılıb. Qısa vaxtda istifadəçilər arasında böyük hay-küyə səbəb olan videoda iddia olunur ki, küçədə yerə sərilmiş, qan içində olan qız 8-ci sinif şagirdidir. Hadisənin bölgələrdən birində (xüsusilə Şəmkirin adı hallanır) baş verdiyi deyilir.

 

Videoda azyaşlı bir qızın qan içərisində yerdə uzandığı və əlinin titrədiyi görünür, onun səsi çıxmır. Kadrlarda onun boğazından axan qanın ətrafa yayıldığı əks olunur.

 

Sosial şəbəkə istifadəçilərindən bəziləri yeniyetmə qızın namus cinayətinin qurbanı olduğunu iddia edirlər. İddialara görə, kimliyi bilinməyən bir nəfər tərəfindən hamilə qalan qızın atası, övladının başını kəsməsi üçün Rusiyadan buraya – öz qardaşına təlimat göndərib və qardaşı da cinayəti icra edib.

 

AYNA əməkdaşı, cəmiyyətdə şok effekti yaratmış videogörüntü ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlovla əlaqə saxlayıb. O, yayılan məlumat üzrə araşdırmalara başlanıldığını deyib.

Müəllif: Raminə Eyvazqızı      8 Noyabr 2019 17:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
12:43
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin