O, narkotik ticarətində ittiham edilir
Məşhur “The Libertines” qrupunun solisti Pete Doherti, Fransanın Paris şəhərində narkotik ticarəti edərkən saxlanılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Doherti dərhal nəzarətə götürülüb.
Fransa mətbuatının yazdığına görə, Doherti 48 saat həbsdə saxlanılacaq.
Qeyd edək ki, vaxtı ilə ingiltərəli model Kate Moss ilə tez-tez diqqət mərkəzinə düşən Doherti, noyabrın 17-də Lüksemburqda, daha sonra isə Brüsseldə konsert verəcəkdi.
Ən son xəbərləri səhifəmizdən də izləyin