ABŞ-da təyyarə evin üstünə düşüb, ölən var - VİDEO

ABŞ-da təyyarə evin üstünə düşüb, ölən var -     VİDEO

Hadisə zamanı evdə yanğın başlayıb və mənzilə ciddi zərər dəyib

 

ABŞ-da təyyarə qəzası baş verib.  AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Kaliforniyada qeydə alınıb.

 

Birmühərrikli "Cirrus SR22" təyarəsi San-Bernandino dairəsindəki evin üstünə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub.

 

Hadisə zamanı evdə yanğın başlayıb və mənzilə ciddi zərər dəyib. Zərbənin gücündən evin bir hissəsi tamamilə dağılıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb.

 

Qeyd edilir ki, hadisə zaman evdə bir kişi və uşaq olub. Onlar xilas ola biliblər.

Müəllif: Ayna.az      8 Noyabr 2019 06:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin