Pişiyi kök olduğu üçün təyyarəyə buraxılmadı

Pişiyi kök olduğu üçün təyyarəyə buraxılmadı

Mixailin pişiyi Viktor 10 kiloqram çəkidə olub

 

Riqadan Moskva üzərindən keçməklə Vladivostoka uçmaq istəyən Mixail Qalin adlı sərnişin Şeremetyevo hava limanında problemlə üzləşib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sərnişin “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, təyyarəyə minməyə pişiyinin ağır çəkisi üzündən icazə verilməyib. Belə ki, Mixailin pişiyi Viktor 10 kiloqram çəkidə olub. Aviaşirkətin qanunlarına görə isə, laynerə 8 kiloqramdan ağır heyvanla minmək qadağandır.

 

Qalin növbəti günə bilet alaraq çəkisi qaydalara uyğun gələn Fibi adlı pişiklə sənədləri rəsmiləşdirdikdən sonra öz heyvanı ilə uça bilib.

 

Müəllif: Ayna.az      8 Noyabr 2019 05:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin