Pirşağıda 120 ev qazsız qalıb - FOTOLAR

Pirşağıda 120 ev qazsız qalıb -     FOTOLAR

Ərazidə bərpa işləri görülür

 

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib. Opel markalı minik avtomobili ilə toqquşan Mersedes markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. 

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. 

Bildirilib ki, qəza nəticəsində həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

 

Ərazidə bərpa işləri görülür.

Müəllif: Ayna.az      7 Noyabr 2019 18:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin