Ağdamın Quzanlı qəsəbəsində yürüş olub

Ağdamın Quzanlı qəsəbəsində yürüş olub

İki nazirlik tərəfindən Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib

 

Noyabrın 7-də Müdafiə və Təhsil nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

Müəllif: Ayna.az      7 Noyabr 2019 17:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin