ABŞ ərəb dünyası ilə yeni münasibətlər formalaşdırır

ABŞ ərəb dünyası ilə yeni münasibətlər formalaşdırır

Ağ Ev rəhbəri “İntibah barajı” prosesini müsbət qiymətləndirib

 

Misir, Efiopiya və Sudanın Xarici İşlər nazirləri Vaşinqtonda ABŞ-ın Maliyyə naziri və Dünya Bankının (DB) prezidenti ilə görüş keçiriblər. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, nazirlər “İntibah barajı” çərçivəsində razılaşma əldə etdiklərini bildiriblər.

 

Bundan əlavə, nazirlər dekabrın 9-da və 13-də Vaşinqtonda növbəti görüşlərini keçirəcəklər.

 

Ağ Ev rəhbəri Donald Tramp “Twitter” paylaşımında “İntibah barajı”nın  yaxşı getdiyini və müzakirələrin davam edəcəyini qeyd edib.

 

Bundan sonra ABŞ Məhkəmə Komitəsinin və Xarici Əməliyyatlar Komitəsinin sədrləri görüşərək “İntibah barajı”nın sənədlərini müzakirə ediblər.

 

Tərəflər, eyni zamanda Misir, Sudan və Efiopiyanın maraqlarına xidmət edən ədalətli bir razılaşma əldə etmək üçün Misirin son beş ildə etdiyi cəhdləri və Efiopiya tərəfinin cavab verməməsi səbəbiylə dayandırılmış danışıqların səbəblərini nəzərdən keçiriblər.

 

Qeyd edək ki, ABŞ və ərəb dövlətləri arasında yaranan sıx əlaqələr həm də “İntibah barajı” adı ilə tanınır. Bu proses çərçivəsində ABŞ ərəb ölkələri ilə münasibətlərdə yeni dövrə qədəm qoyur.

Müəllif: Ayna.az      7 Noyabr 2019 16:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin